“Qidalanma nöqteyi-nəzərindən uyğun olmayan məhsullar məsələsi tamamilə əsassızdır". Foodinfo.az xəbər verir ki, bunu tibb elmləri namizədi, dietoloq, Natalya Denisova aif.ru-ya açıqlamasında deyib. Onun sölərinə görə, nəzəri cəhətdən uyğun olmayan məhsullar yoxdur. “Burada adətlərimiz, zövqümüz, milli və ya ailə adət-ənənələrimizdən söhbət gedir. Dünyanın müxtəlif mətbəxləri tamamilə fərqli məhsulları birləşdirir. Məsələn, bizlər üçün balıq və süd bir-birinə uyğun gəlmirsə, skandinaviyalılar arasında bu mükəmməl bir qarışımdır. Süd və ya qaymaqlı balıq şorbasını düşünün. Həzm sistemimiz elə qurulub ki, eyni vaxtda müxtəlif növ qidaları həzm edə bilək”.

Həkim bildirib ki, problem ən çox mədə-bağırsaq traktının xəstəlikləri ilə əlaqələndirilir. "Bizim bütün qida maddələrinə eyni vaxtda daim ehtiyacımız var, bədəndə metabolik proseslər dayanmadan gedir. Bununla belə, bütün qida maddələrinin maksimum mənimsənilməsini təmin etmək istəyirsinizsə, bəzi qidaları birlikdə yeməməyiniz daha yaxşıdır.”