Şabalıd qida dəyəri yüksək olan və sağlamlıq üçün faydalı xüsusiyyətlərə malik bir qidadır.
Foodinfo.az xəbər verir ki, digər çərəzlərdən fərqli olaraq, şabalıdın yağ tərkibi az, karbohidrat tərkibi isə yüksəkdir.
Şabalıdın tərkibində B qrup vitaminləri (xüsusilə B6 vitamini), C vitamini, maqnezium, fosfor və lif var.
Bu meyvə enerji verir, sinir sistemini gücləndirir və həzm sisteminə faydalıdır.
Bundan əlavə, şabalıdın tərkibində antioksidantlar da var ki, bu da bədəni sərbəst radikallardan qoruyur və hüceyrələrin zədələnməsinin qarşısını alır.
Həmçinin şabalıd qış aylarında soyuq havalara qarşı bədəni gücləndirmək üçün ideal bir qidadır və sobada bişirilmiş halı çox ləzzətlidir.