Çiy süd istehlakı insan sağlamlığında problem yaratdığı üçün mütəxəssislər tərəfindən məsləhət görülmür.
Qaynatma, sterilizasiya kimi proseslərdən keçməyən çiy süd istehlakı mikroorqanizmlərin bədənə daxil olmasına səbəb olur.
Öncəliklə, südü satılan inəklər baytar nəzarətindən keçməlidir. Süd yaranarkən tərkibində zərərli heç bir bakteriya olmur. Lakin heyvanın süd kanallarında olan bakteriyalar südün tərkibinə keçə bilir. Həmçinin, isti hava və düzgün sterilizasiya proseslərinin aparılmaması də çiy süddə bakteriyanın yaranmasına səbəb ola bilir.
Çiy süd içən adamlarda bu fəsadlar ortaya çıxır:
- İshal xəstəliklərinə yol açır və hətta ölümə səbəb ola bilir;
- Bruselyoz xəstəliyinə səbəb olur;
- İnsanı müxtəlif infeksiyalara yoluxdurur
Küçədə satılan süd qaynadıldığında tərkibindəki təhlükəli bakteriyalar ölür. Lakin uzun müddət ərzində qaynatmaq südün tərkibindəki B, C vitamini, fol turşusu kimi bir çox mühüm qida elementinin itkisinə səbəb olur. Odur ki, südü çox qaynatmamaq məsləhət görülür. (Metbuat.az)