Qarpızın çoxlu sayda faydası olduğu bildirilir
Mütəxəssislər, qan təzyiqinin tarazlanmasından, sağlam arıqlamağa qədər çoxlu sayda faydası olan qarpızın yay aylarında bol bol qəbul edilməsini təklif edir.
Artıq çəki problemi olan qadınlara da bol-bol qarpız yemələrini təklif edən mütüxəssislər qarpızın bol miqdarda sudan etibar olması və şəkər saxlamaması, ayrıca bağırsaqlard sovrulmanı sürətləndirməsi kimi xüsusiyyətləriylə çəki azaltmanı sürətləndirdiyini ifadə edib. Bu səbəblə həm çox kilosu olan, həm də çəki artırmaq istəməyənlərin bol-bol qarpız yemək tövsiyə edilir.
Qarpız tərkibində çox faydalı vitaminlər olan bostan bitkisidir. Onun 92 faizi su, 6 faizi isə şəkərdən ibarətdir.
150 qram qarpız gündəlik C vitamini ehtiyacının 24,3 faizini, A vitamininə olan tələbatın isə 11 faizini ödəyir. Qarpızın digər bir faydası isə onun yüksək qan təzyiqini aşağı salmasıdır.