Sürətli və doyurucu səhər yeməyi hazırlamağın ən asan yolu omlet bişirməkdir. Amma qızardılmış yeməyin zərərli olduğunu da bilirik.
Omletləri tava olmadan da bişirmək mümkündür.
Bunun üçün mikrodalğalı sobadan istifadə etmək olar. Bu zaman bişirdiyiniz yeməyin dadı bir az fərqli olacaq. Amma proses daha tez başa gələcək.
Yumurtaları dərin bir boşqaba töküb çalın. Üzərinə duz və bir qaşıq bitki yağı əlavə edin.
Sonra sarısını çəngəllə deşib, boşqabın üstünü kağız salfetlə örtün. Sonda mikrodalğalı sobaya qoyun.
Cəmi 1-2 dəqiqə ərzində yumurta bişəcək. Həmçinin bu zaman daha az qab çirkləndirmiş olacaqsınız.