Həkim və LOR cərrahı İlya Sadıkov soyuqdəymə zamanı o, şirniyyat yeməməyi, bədəndə su balansını saxlamağı məsləhət görüb. Foodinfo.az bildirir ki, onun fikrincə dondurma qızdırmanı aşağı sala bilməyəcək, buna görə də başqa üsullara müraciət etmək daha yaxşıdır. Soyuq su ilə ovuşdurmaq və iri damarların keçidlərinə soyuducu kompreslər qoymaq daha effektivdir.
Onun sözlərinə görə, yüksək temperaturda özünü müalicə etmək son dərəcə təhlükəlidir. Bir şəxs bu vəziyyətdə çətinlik çəkirsə, mütləq həkimə müraciət etməlidir.