Noxudu isladarkən limon əlavə etmək həm dad, həm də qida dəyəri baxımından faydalıdır. 

Foodinfo.az xəbər verir ki, noxudun tərkibində fitin turşusu adlanan birləşmə var və bu maddə mineralların mənimsənilməsini çətinləşdirir və bəzi insanlarda həzmsizlik yaradır. Lakin limonun turşuluğu fitin turşusunu parçalayaraq noxudun daha asan həzm olunmasını təmin edə bilir. 

Limon suyu noxudun tərkibindəki dəmir, maqnezium və kalsium kimi mineralların bədən tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir.  

Həmçinin noxuda yüngül turşməzə dad əlavə edərək onu daha da ləzzətli edir.

Limonlu suda isladılmış noxud daha yumşaq olur və bişirilməsi daha az vaxt tələb edir.  

İstifadə üçün bir kasa suya noxud əlavə edib üzərinə bir neçə damcı limon suyu sıxın və bir gecə saxlayın. Bu üsul noxudu daha faydalı və dadlı edir.