Bəzi meyvələrin şirəsini qarışdırmaq həzm sistemi üçün problemlər yarada bilər, çünki onların tərkibindəki turşular və fermentlər bir-biri ilə uyğun gəlməyə bilər.
Foodinfo.az xəbər verir ki, turşulu meyvələr (portağal, limon, qreyfrut) ilə şirin meyvələr (banan, üzüm) birlikdə istifadə edildikdə həzm pozğunluğuna və qaz yığılmasına səbəb ola bilər.
Eyni zamanda, nişastalı meyvələr (banan) ilə turşulu meyvələr qarışdırıldıqda mədə turşusunun tarazlığı pozulur.
Süd tərkibli içkilərə sitrus meyvələri əlavə etmək də tövsiyə edilmir, çünki bu, qarışığın kəsilməsinə və həzmsizliyə səbəb ola bilər.
Ən yaxşısı, turşulu, şirin və neytral meyvələri ayrıca istehlak etməkdir ki, qida maddələri düzgün mənimsənsin və həzm rahat olsun.