Darçın şişkinliyi aradan qaldırmağa kömək edə bilən təbii vasitələrdən biridir.

Foodinfo.az xəbər verir ki, onun tərkibindəki antiinflamatuar və antimikrob maddələr həzmi yaxşılaşdırır, bağırsaqlarda qaz yığılmasını azaldır və mədə-bağırsaq traktının rahatlamasına dəstək olur. 

Darçın həmçinin mədə turşusunu tənzimləyərək həzmsizlik və şişkinlik hissini yüngülləşdirir. 

Xüsusilə, isti suya bir çay qaşığı darçın əlavə edib içmək şişkinliyin azalmasında təsirli olur. 

Bununla yanaşı, darçın metabolizmi stimullaşdırır və bədəndə iltihabı azaldır. 

Ancaq həddindən artıq darçın istehlakı yan təsirlərə səbəb ola bilər, buna görə orta miqdarda istifadə tövsiyə olunur.