Balıq yemək depressiyadan çıxmağa kömək edə bilər, çünki balıqların tərkibindəki omega-3 yağ turşuları beynin funksiyasını dəstəkləyir.
Foodinfo.az xəbər verir ki, xüsusilə, somon, skumbriya və sardina kimi yağlı balıqlar sinir sistemini gücləndirərək serotonin və dopamin səviyyələrini artırır. Bu maddələr xoşbəxtlik və əhvalın yaxşılaşması ilə əlaqəlidir.
Omega-3 eyni zamanda, beyin hüceyrələrinin membran quruluşunu yaxşılaşdırır və iltihabı azaldaraq emosional tarazlıq yaradır.
Həftədə 2-3 dəfə balıq yemək depressiyanın simptomlarını azaltmağa və ümumi psixi sağlamlığı yaxşılaşdırmağa dəstək ola bilər.
Balıq istehlakı sağlam qidalanmanın vacib bir hissəsidir.