Qutab əsasən Qafqaz və Yaxın Şərq ölkələrində geniş yayılmış və müxtəlif formalarda hazırlanan məşhur yeməklərdən biridir. Foodinfo.az bildirir ki, bu yemək müxtəlif içliklərlə (göyərti, ət, pendir, balqabaq və s.) nazik xəmir içində bişirilərək hazırlanır.
Gözleme Türk mətbəxində qutabın oxşar formasıdır. İstifadə olunan içliklər pendir, ət, kartof və ya ispanaq ola bilər. Adətən, səyyar yemək kimi təqdim edilir.
Gürcüstanın qutab növü olan kubdari, əsasən, ətlə doldurulur. Xəmir qalın olur və spesifik ədviyyatlarla hazırlanır.
İran mətbəxində də qutab oxşar forması ilə rast gəlinir. Ət, göyərti və ya pendirli variantları mövcuddur.
Orta Asiyada xəmir içliklə nazik şəkildə doldurularaq bişirilir. İçliklər adətən ət və ya göyərtidən ibarət olur.
Yunan mətbəxində qutab oxşar yeməklər tiropita (pendirli) və spanakopita (ispanaqlı) adlanır. Filo xəmirindən hazırlanır.
Hindistanın məşhur paratha yeməyi qutabı xatırladır. İçliklər kartof, göyərti və ya ədviyyatlı qarışıqlardan ibarət olur.
Ərəb ölkələrində qutaba oxşar yeməklər, əsasən, ətlə doldurulan "arayes" və ya göyərti-pendir qarışıqlı "manaqish" kimi tanınır.