Qidanın sağlam olması üçün kokos və ya zeytun yağından istifadə etmək daha yaxşıdır. Foodinfo.az bildirir ki, bunu qastroenteroloq Lyudmila Suxorukova məsləhət görüb.
Mütəxəssis vurğulayıb ki, soyuq preslənmiş kokos yağı orta temperaturda bişirmək üçün uyğundur. Onun sözlərinə görə, tərkibində öd turşusunun həzm olunmasını tələb etməyən və nazik bağırsaq tərəfindən asanlıqla qəbul edilən xüsusi növ doymuş yağ var. Bu yağ həm də antifungal, antibakterial və antiviral təsir göstərən laurik turşusu ilə zəngindir.
Mütəxəssisin vurğuladığı kimi, zeytun yağı qızdırıldıqda stabilliyi, istiyə davamlılığı və qida dəyərini saxlayır, həmçinin geniş diabetik və kardioprotektiv xüsusiyyətlərə malikdir.