Çay sağlamlığa faydası olan içkilərdən biri sayılsa da, onun düzgün istehlakı müəyyən sağlamlıq riskləri daşıya bilər. Foodinfo.az bildirir ki, bu barədə Amerika Xərçəng Cəmiyyətinin (ACS) aparıcı tədqiqatçılarından biri, tibb elmləri doktoru Fərhad İslami bildirirb.
Mütəxəssis deyir ki, əgər temperaturu 60 dərəcədən çox olan çay içsəniz, bu, bəzi xərçəng növlərinə tutulma riskinin iki dəfə artmasına səbəb ola bilər.
İslaminin fikrincə, təkcə çay deyil, istənilən isti içki içmək belə nəticələrə gətirib çıxara bilər. Həkim isti içməyi sevənləri içəcəkləri içkinin soyumasını və isinməsini gözləməyi öyrənməyə çağırıb.