Dünya bazarlarında qida qiymətlərində azalma tendensiyası davam edir.

Foodinfo.az xəbər verir ki, artıq sözügedən tendensiya ardıcıl 12-ci aydır müşahidə olunur.

Belə ki, mart ayında ərzaq qiymətləri 2,1 faiz azalıb. Ümumilikdə isə qiymətlər ötən ilin cari dövrü ilə müqayisədə 20,5 faiz az olub.

Ekspertlər qiymətlərdəki azalma tendensiyasına əsas səbəb kimi taxıl və bitki yağlarındakı ucuzlaşmanı göstəriblər.