Fitness məşqçisi FPA nutritionisti Svetlana Minakova düzgün qidalanma ilə necə arıqlamağı izah edib. Foodinfo.az bildirir ki, mütəxəssisin fikrincə, sadə karbohidratların və şəkərin qəbulunu məhdudlaşdırmalı, onları tam taxıl, tərəvəz və paxlalılar ilə əvəz etməlisiniz.
Minakova qeyd edib ki, maddələr mübadiləsini sürətləndirməyə kömək edən ət, balıq, yumurta, kəsmik, tofu və qoz-fındıqları da pəhrizinizə daxil edin.
Bundan əlavə, effektiv kilo vermək üçün təzə tərəvəz, giləmeyvə, toxum, həmçinin balıq, kətan yağı və avokado yemək lazımdır.
Mütəxəssis əlavə edib ki, gündə dörd-beş dəfə kiçik hissələrdə yemək və uzun fasilələr verməmək lazımdır.