Almaniyanın Münhen Texniki Universitetinin alimləri qidada həll olmuş duzun çöküntüsünün insan orqanizmində allergik reaksiyaları inkişaf etdirdiyini müəyyən edib. Foodinfo.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə "MedicalXpress"də dərc olunan press-relizdə deyilir. Mütəxəssislər araşdırma zamanı atopik dermatitdən (xroniki allergik dəri xəstəliyi - red.) əziyyət çəkən pasiyentin dərisindən götürülmüş nümunəni müayinə edib. Məlum olub ki, dərinin zədəli sahələrində natrium miqdarı normadan 30 dəfə çox olub. Tədqiqatçılar natrium-xloridin Th2- hüceyrələrini normadan artıq interleykin-4 və interleykin-13 zülalları ifraz etməyə vadar etdiyini müəyyənləşdirib. Bunun nəticəsində dərinin iltihablı xəstəlikləri, o cümlədən atopik dermatit meydana gəlir.