Castilla-La Mancha Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik 30 qram qoz-fındıq yeyənlər daha az psixi sağlamlıq problemlərindən əziyyət çəkirlər.
Təcrübədə 37-73 yaş arası 13500 insan iştirak edib. Könüllülər üçün ilkin şərt elmi təcrübədən əvvəl subyektlərə depressiya diaqnozunun qoyulmaması idi.
Nəticədə alimlər beş il ərzində xəstəlik riskinin 17% azaldığını aşkar ediblər. Həkimlərin fikrincə, bu, qozun beyinə iltihab əleyhinə və qoruyucu təsiri ilə bağlıdır.
Elmi təcrübədə iştirak etmək üçün iştirakçılar aşağıdakı meyvələrdən istifadə ediblər: badam, anakardiya, püstə və yerfıstığı. 30 qramlıq bir porsiya təxminən 20 badam, 15 anakardiya, 40 fıstıq və ya 30 püstədir.