Bəzi insanlar səhərlər enerji toplamaq üçün kofe içir, lakin hər kəs üçün bu təhlükəsiz deyil. Həkimlər bildirirlər ki, kofe bəzi hallarda qastroezofageal refluks, xroniki qastrit və irritabl bağırsaq sindromunun əlamətlərini gücləndirə bilər.

Foodinfo.az xarici mətbuata istinadla xəbər verir ki, Piroqov Universitetinin klinik təbabət kafedrasının dosenti Dmitri Karpenko bildirir ki, kofe böyrəküstü vəzi qabığının aktivləşməsi və katexolaminlərin ifrazı ilə enerji səviyyələrini müvəqqəti artırır, lakin davamlı istifadədə vegetativ sinir sisteminin disadaptasiyasına və enerji dalğalanmalarına səbəb ola bilər.

Ekspert kofesiz alternativlər tövsiyə edir:

  • Çikori – kofeinsiz, xoş acımtıl dadı ilə enerjini artırır, bağırsaq mikroflorasına faydalı inulinlə zəngindir.

  • Matcha (yaşıl yapon çayı) – L-teanin və kofein kombinasiyası sakit və davamlı oyanıqlıq təmin edir.

  • Kakao (su və ya bitki südü ilə, şəkərsiz) – teobrominlə yumşaq stimullaşdırıcı təsir göstərir.

  • Zəncəfil çayı – istilik və yüngül tonus effekti verir.

Həmçinin, bəzi qidalar da kofe kimi enerji verə bilər: alma, qoz-fındıq və yulaf səhər enerjisini artırmaq üçün effektivdir. Bu məhsullar sağlam və uzunmüddətli enerjiyə dəstək olur, kofenin mümkün mənfi təsirlərindən qoruyur.