Pomidorların tez xarab olmasının əsas səbəbi düzgün saxlanmama və artıq rütubətdir. Sadə qaydalara əməl etməklə pomidorları daha uzun müddət təzə saxlamaq mümkündür.
Foodinfo.az bu qaydaları təqdim edir:
1. Soyuducuya qoymağa tələsməyin
Tam yetişməmiş pomidorları otaq temperaturunda saxlamaq məsləhətdir. Soyuducu onların dadını və teksturasını poza bilər. Yalnız tam yetişmiş pomidorlar qısa müddətlik soyuducuda saxlanıla bilər.
2. Sap hissəsi aşağı olsun
Pomidorları sap hissəsi aşağı olmaqla yerləşdirmək hava ilə təması azaldır və xarab olma prosesini ləngidir.
3. Yuyub saxlamayın
Pomidorları istifadə etməzdən əvvəl yumaq daha doğrudur. Yuyulmuş pomidor üzərində qalan rütubət çürüməni sürətləndirir.
4. Bir-birinə sıx qoymayın
Pomidorları üst-üstə yığmaq əzilməyə və sürətli xarab olmağa səbəb olur. Onları bir qat halında və aralı yerləşdirmək daha yaxşıdır.
5. Günəşdən uzaq saxlayın
Birbaşa günəş şüası pomidorun tez yumşalmasına və çürüməsinə səbəb ola bilər.
6. Xarablara nəzarət edin
Bir pomidor çürüməyə başlayırsa, onu dərhal ayırmaq lazımdır. Əks halda digərlərinə də keçə bilər.
Bu sadə üsullar pomidorları bir neçə gün daha uzun müddət təzə saxlamağa kömək edir.






