Martın 1-i təkcə yazın başlanğıcı deyil, həm də İmmunitet Günü kimi qeyd olunur. Foodinfo.az bildirir ki, mütəxəssislər mövsümi infeksiyalardan qorunmaq üçün gündəlik rasiona bəzi təbii və qida dəyəri yüksək məhsulların əlavə edilməsini tövsiyə edirlər. Dietoloqların fikrincə, düzgün seçilmiş qidalar immun sisteminin möhkəmlənməsinə və orqanizmin müdafiə qabiliyyətinin artmasına kömək edir.
Alma
![]()
4
Alma antioksidantlarla zəngindir və tərkibindəki C vitamini immun sistemini dəstəkləyir. Təbii flavonoidlər virus və bakteriyalara qarşı qoruyucu təsir göstərir. Müntəzəm alma istehlakı ürək-damar sağlamlığına da müsbət təsir edir.
Balqabaqkimilər (Kabaçki)

Az kalorili və asan həzm olunan bu tərəvəz kalium və pektinlə zəngindir. Pektin orqanizmdən zərərli maddələrin xaric olunmasına kömək edir. Daimi istifadə ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırır.
İspanaq
İspanaq dəmir, lif və folat mənbəyidir. Antioksidant tərkibi hüceyrələrin qorunmasına və yenilənməsinə dəstək verir. Çiy və ya azca bişmiş halda istehlakı daha faydalı hesab olunur.
Çay

Qara və yaşıl çay polifenollarla zəngindir. Bu maddələr hüceyrələri zədələyən sərbəst radikalları neytrallaşdırır. Yarpaq çay paket çaydan daha təsirli sayılır.
Bal

Bal təbii bakteriyalara qarşı təsir göstərən xüsusiyyətlərə malikdir. Gündə 1–2 çay qaşığı bal immunitetin qorunmasına kömək edə bilər.
Zəncəfil

Zəncəfil iltihabəleyhinə təsiri ilə tanınır. Tərkibindəki faydalı maddələr soyuqdəymə zamanı bərpa prosesini sürətləndirə bilər.
Nar şirəsi
![]()
Nar C vitamini və digər faydalı maddələrlə zəngindir. Mövsümi xəstəliklər dövründə rasiona əlavə edilməsi tövsiyə olunur.
Dəniz kələmi (Laminariya)

Yod və antioksidant tərkibi ilə seçilir. Qalxanabənzər vəzin fəaliyyətinə müsbət təsir göstərir və immun sistemini dəstəkləyir.
Zoğal morsu
Zoğal vitaminlərlə zəngindir və təbii hərarətsalıcı təsirə malikdir. Soyuqdəymə zamanı orqanizmin bərpasına kömək edə bilər.
Sarımsaq

Sarımsağın tərkibindəki aktiv maddələr bakteriyalara qarşı təsir göstərir. Müntəzəm istifadəsi mövsümi infeksiyalara yoluxma riskini azalda bilər.
Mütəxəssislər bildirirlər ki, bu məhsulların balanslı şəkildə rasiona daxil edilməsi immun sisteminin güclənməsinə və yaz mövsümündə sağlamlığın qorunmasına yardımçı ola bilər.






