“Aqrar Tədarük və Təchizat” publik hüquqi şəxs “Smart Solyuşns Group” MMC ilə müqavilə bağlayıb. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, müqavilədə “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalının (bundan sonra – Portal) hazırlanması xidmətlərinin satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 708 000 manatdır. Xatırladaq ki, Prezidentin imzaladığı fərmana əsasən, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseslərini elektronlaşdırmaq və təkmilləşdirmək, bu sahədə həyata keçirilən işlərin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə “Elektron kənd təsərrüfatı” informasiya sisteminin altsistemi olan “Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı yaradılacaq.