Feyxoa mürəbbəsi həm dadlı, həm də faydalı bir desertdir. Feyxoa meyvəsi C vitamini, yod və digər faydalı maddələrlə zəngindir.
Foodinfo.az xəbər verir ki, bu mürəbbə, xüsusilə qış aylarında immuniteti gücləndirmək üçün əla seçimdir. Feyxoa mürəbbəsinin hazırlanma qaydası sadədir və bir neçə addımdan ibarətdir.
Lazım olan ərzaqlar:
- 1 kq feyxoa
- 800-900 q şəkər tozu
- 1 ədəd limon (və ya yarım limon suyu)
- 200 ml su
Hazırlanma qaydası:
1. Feyxoa meyvələri yaxşıca yuyulur və uc hissələri kəsilir. Daha sonra meyvələri incə dilimlərə və ya kubiklərə doğranılır.
2. Böyük bir qazana su və şəkər tozunu tökərək orta odda şəkər tam həll olana qədər qarışdırıb bişirilir. Şərbət yüngülcə qaynara düşdükdən sonra bir neçə dəqiqə də qaynadılır.
3. Doğranmış feyxoa meyvələri qaynar şərbətə əlavə edilir. Qazanın altını bir qədər azaldaraq meyvələr yumşalana qədər təxminən 30-40 dəqiqə ərzində bişirilir. Qarışımın yapışmaması üçün arada bir qarışdırılır.
4. Bişməyə yaxın limon suyu əlavə edilir. Limon suyu mürəbbəyə təravət və yüngül turş dad verir, həm də onu daha uzun müddət saxlanıla bilən edir.
5. Feyxoa mürəbbəsinin rəngi şəffaf və parlaq olduqda onun hazır olduğu bilinir.
6. Hazır mürəbbə sterilizə edilmiş bankalara tökülür və qapaqları bağlanır. Bankaları soyumağa qoyulur və tamamilə soyuduqdan sonra sərin və qaranlıq yerdə saxlanılır.