Mütəxəssislər gündə iki fincandan çox çay içməyi məsləhət görür. Foodinfo.az xəbər verir ki, bu, qara, yaşıl və bitki çaylarına aiddir.
Qəhvəyə gəlincə, ondan çox istifadə etməmək daha yaxşıdır. Belə ki, mədə-bağırsaq traktından və digər orqan və sistemlərdən əks göstərişlər olmadıqda, gündə bir stəkan içmək olar.
Axşam saatlarında yuxusuzluğa səbəb ola biləcək kofeinli içkilərdən uzaq durmaq daha yaxşıdır.
Bundan əlavə, şəkər tərkibli içkilərdən, o cümlədən qablaşdırılmış şirələr və qazlı içkilərdən çəkinmək, çay və qəhvəyə şəkər qatmamaq məsləhət görülür.
Leyla