Keratin təbii olaraq dəridə, dırnaqlarda və saçda olan struktur zülaldır. Xüsusilə yaraların sağalmasına dəstək olmaq, dərinin strukturunu qorumaq, saç və dırnaqları möhkəm saxlamaq kimi funksiyaları var.
Bakıvaxtı.az tərkibində keratin olan qidaları təqdim edir:
Yumurta: Keratin istehsalında mühüm yeri olan yumurta, biotin baxımından zəngin bir qidadır. O, həm də zülal mənbəyidir. Keratin də bir zülal olduğu üçün bədəndə onun istehsalını dəstəkləyir.
Somon: Əhəmiyyətli biotin və zülal qaynağı olan qızılbalığın tərkibində sink də var. Somonda olan omeqa-3 yağ turşuları saç və dırnaqları da gücləndirir.
Şirin kartof: A vitamini ilə zəngin olan şirin kartof keratin istehsalını artıran qidalar arasındadır. Orta ölçülü şirin kartof yemək sizə gündəlik lazım olan kifayət qədər A vitamini almağa imkan verir.
Soğan: C vitamini, sink və N-asetilsistein ehtiva edən soğan keratin istehsalını dəstəkləyən bir qidadır və tez-tez istehlak edilməsi tövsiyə olunur.
Keratin birbaşa qidaların tərkibində yoxdur, lakin bəzi qida maddələri ilə keratini artırmaq mümkündür. Keratini artırmaq üçün biotin, C vitamini, A vitamini və sinklə zəngin qidaların istehlakına diqqət yetirmək lazımdır.
Bədəndə keratini artırmaq üçün yumurta, şirin kartof, soğan, qızılbalıq, manqo, yerkökü və sarımsaq istehlak etmək lazımdır. Keratin dırnaqların sağlam böyüməsini, saçların möhkəmlənməsini və dəri toxumasının yaxşılaşdırılmasını təmin edir.
Bədəndə keratin səviyyəsinin azalması bəzi əlamətlərə səbəb olur və bu yolla keratin çatışmazlığını aşkar etmək mümkündür. Qan testləri və vitamin testləri ilə keratinin səviyyəsini yoxlamaq mümkündür. Keratin çatışmazlığının simptomlarına məşq etməkdə çətinlik, əzələ zəifliyi, əzələ ağrısı və yorğunluq daxildir.
Keratin çatışmazlığı qidalanma problemlərindən qaynaqlanırsa, saç tökülməsi və baş gicəllənməsi mümkündür. Aşağı keratin səviyyəsi qaraciyər xəstəliyindən qaynaqlanırsa, ürəkbulanma, qarın ağrısı, yorğunluq və sarılıq da baş verə bilər.