
Şirniyyata qarşı meyli azaltmağın sağlam yolu tapılıb. Foodinfo.az xəbər verir ki, həkim-dietoloq, tibb elmləri namizədi Yelena Solomatina bu məqsədlə gündəlik rasiona qoz-fındıq əlavə etməyi məsləhət görür.
Mütəxəssisin sözlərinə görə, qoz-fındıq yüksək protein tərkibli olduğuna görə uzun müddət toxluq hissi yaradır və xüsusilə günün əvvəlində qəbul edildikdə daha effektiv olur. Bu səbəbdən də səhərlər bir ovuc qoz-fındıq yemək, gün ərzində desertə olan marağı xeyli azalda bilər.
Solomatina bildirib ki, qoz-fındıq orqanizmdə müəyyən ferment və hormonların istehsalını stimullaşdırır. Onlar beynə “toxluq siqnalı” ötürür və nəticədə insanın əlavə şirniyyat yemək istəyi azalır.
Dietoloqun sözlərinə görə, bu məhsullar qanda qlükozanın artmasına səbəb olmur və damar sisteminə zərər vermir. Lakin qoz-fındıq çox kalorili olduğu üçün ondan həddən artıq istifadə düzgün sayılmır.
“Gündə bir ovuc qoz-fındıq kifayət edir”, — deyə Solomatina vurğulayıb.