Məktəbyaşlı uşaqların gün ərzində həm enerji toplaması, həm də sağlam böyüməsi üçün bəslənmə çantasında bəzi qidalar mütləq yer almalıdır. 

Foodinfo.az xəbər verir ki, düzgün seçilmiş menyu uşağın diqqətini artırır, immunitetini gücləndirir və yorğunluğun qarşısını alır.

Qidalanma üzrə ekspertlərin tövsiyəsinə görə, uşaq bəslənmə çantasında bu 3 əsas qida olmalıdır:

1. Zülal mənbəyi – qaynadılmış yumurta, pendir, toyuq filesi və ya qatıq uşağın əzələ inkişafı və toxluq hissi üçün vacibdir.

2. Meyvə və tərəvəzlər – alma, armud, xiyar və ya kök vitamin-mineral mənbəyi olmaqla yanaşı, immuniteti gücləndirir.

3. Tam taxıllı məhsullar – çörək, sendviç və ya yulaflı qəlyanaltılar enerji verir və uşağın diqqətini uzun müddət toplamağa kömək edir.

Həmçinin bəslənmə çantasına qazlı içkilər, hazır şirniyyatlar və paketlənmiş fast-food məhsullarının qoyulmamasını tövsiyə edilir.

Balanslı bəslənmə çantası uşağın həm dərs müvəffəqiyyətinə, həm də sağlam böyüməsinə mühüm təsir göstərir.