
Həm təzə, həm də qurudulmuş halda istifadə olunan iydə orqanizm üçün çox faydalı meyvələrdən biridir. Onun tərkibindəki C vitamini, lif, antioksidant və minerallar sağlamlığı qorumağa kömək edir.
Foodinfo.az iydənin 7 əsas faydasını təqdim edir:
1. Bağırsaqları qoruyur – həzmi yaxşılaşdırır, ishalın qarşısını alır.
2. İmmuniteti gücləndirir – soyuqdəymə və qripə qarşı müqaviməti artırır.
3. Qanı təmizləyir – qanazlığına qarşı faydalıdır, dəmir və vitaminlərlə zəngindir.
4. Ürək-damar sağlamlığını dəstəkləyir – damar divarlarını möhkəmləndirir.
5. Sinirləri sakitləşdirir – stress və əsəb gərginliyini azaldır.
6. Bədəni cavan saxlayır – antioksidant təsiri ilə qocalmanı ləngidir.
7. Enerji verir – yorğunluğu azaldır, bədəni gücləndirir.
Mütəxəssislər bildirirlər ki, iydə həm təzə meyvə kimi, həm də qurudulmuş halda dəmləmə və çay şəklində istifadə edilə bilər. Lakin ölçülü miqdarda qəbul olunması məsləhət görülür.