Son illərdə bir çox insan sağlam həyat tərzinə keçərək düzgün qidalanmaya xüsusi önəm verir. Foodinfo.az xəbər verir ki, qastroenteroloq Tatyana Qolovçanskayanın sözlərinə görə, bu proses faydalı görünsə də, həddindən artıq ifrata varmaq bədən üçün mənfi nəticələr doğura bilər.

Mütəxəssis bildirib ki, yalnız faydalı məhsullardan ibarət dar çərçivəli menyu bağırsaq mikroflorasının müxtəlifliyini azaldır. Bu isə həzm proseslərinə, immun sisteminə, orqanizmdəki iltihab səviyyəsinə və hətta insanın psixoemosional vəziyyətinə mənfi təsir göstərə bilər.

Onun sözlərinə görə, orqanizm sağlam qalmaq üçün müxtəlif liflərə, vitaminlərə, mikro və makroelementlərə ehtiyac duyur. Qidalanmada monotonluq bu balansı pozaraq bədənin virus və bakteriyalara qarşı müqavimətini zəiflədir.

Qolovçanskaya vurğulayıb ki, sağlam olmayan hesab edilən bəzi məhsulları tamamilə menyudan çıxarmaq da qida davranışının pozulmasına gətirib çıxara bilər. Buna görə də əsas prinsip müxtəlifliyi qorumaq və hər şeyi ölçülü şəkildə qəbul etməkdir.

Ekspert əlavə edib ki, tərəvəzlər və tam taxıllı məhsullar gündəlik rasionda mütləq olmalıdır, lakin onların da həddindən artıq istifadəsi düzgün sayılmır.