Təbii olan qida və içkilərdə olan E vitamini zərərli deyil. Foodinfo.az xəbər verir ki, onun məhdudlaşdırılmasına ehtiyac yoxdur.
Bədənə bu vitamindən dəyə biləcək zərər tokoferol maddəsidir ki, onun həddindən artıq dozası vitamin tərkibli dərmanların düzgün istifadə edilməməsi səbəbindən ola bilər.
E vitamininin dozasını artırmaq bəzi insanlarda səpgi, qaşınma və şişkinlik kimi allergik reaksiyalara səbəb ola bilər.
Həmçinin, yüksək doza xüsusilə siqaret çəkənlərdə ürək-damar xəstəliklərinin inkişaf riskini artır.
Mütəxəssislər hesab edirlər ki, E vitamininin həddindən artıq qəbulu sağlamlıq üçün təhlükəli ola bilər və arzuolunmaz yan təsirlər yaradar. Buna başgicəllənmə, ürəkbulanma, ishal, yorğunluq, əzələ zəifliyi və baş ağrıları daxildir.
Nurlan