
Orqanizmin müəyyən fasilələrlə istirahət etməsi sağlamlıq üçün vacibdir. Foodinfo.az bildirir ki, həftədə bir dəfə oruc tutmaq bədənin detoks prosesini sürətləndirir. Bu vərdiş həzm sisteminin yüklənməsinin qarşısını alır. Qan şəkərini tənzimləyərək şəkər xəstəliyi riskini azaldır.
Oruc tutmaq hüceyrə yenilənməsini stimullaşdırır və erkən qocalmanın qarşısını alır. Bədənin immun müdafiəsini gücləndirir və infeksiyalara qarşı dayanıqlığı artırır. Arıqlamaq istəyənlər üçün faydalı detoks üsulu sayılır. Qan təzyiqini normallaşdıraraq ürək-damar xəstəliklərinə qarşı qoruyur.
Həftədə bir dəfə oruc tutanlarda metabolizma daha aktiv işləyir. Psixoloji gərginliyi və stressi azaldır. Ümumilikdə, orqanizmi yüngülləşdirir və enerji balansını bərpa edir.