Foodinfo.az axşam.az-a istinadən iftar süfrəniz üçün menyu təqdim edir:

Çölmə kabab

Ərzaqlar:

Toyuq - 1 ədəd

Qırmızı soğan - 4 ədəd

Qoz - 200 qr

Palçıq turşu - 1 x.q

Duz, istiot zövqə görə.

Hazırlanması:

Toyuğu təmizləyib, duz, istiot, turşu çəkib axşamdan basdırma edin. Kənarda qozu, soğanı ət çəkən maşından keçirin Soğanın suyunu sıxıb duz, istiot, turşu qarışdırıb toyuğun içərisinə doldurun. Sonra saxsı qaba qoyub üzərinə yarım stəkan su və hazırladığınız ləvəngidən töküb, 4-5 saat vam odda bişirin.

Südlü pomidor şorbası

Ərzaqlar:

2 xörək qaşığı duru yağ

1 xörək qaşığı kərə yağı

2 xörək qaşığı un

1 xörək qaşığı tomat pastası

5 pomidor

4 stəkan su

Yarım stəkan süd

1 çay qaşığı duz

Hazırlanması:

İlk növbədə pomidorlar rəndələnir. Sonra kərə yağı və yağı qazana qoyun və yağı əridin. Kərə yağı əriyəndən sonra unu əlavə edib azca qovurun. Unun qoxusu getdikdən sonra tomat pastası əlavə edib azca qarışdıraraq qovurun. Qızardılmış pomidorları əlavə edin. Başqa 3-4 dəqiqə qızardın. Üzərinə 4 stəkan su əlavə edin, çalın və vam odda bişirin. Daha sonra duz və istiot tökün. Süfrəyə verərkən üzərinə sürtgəcdən keçirilən pendir, arzuya görə göyərti tökə bilərsiniz. 

Asan hazırlanan pankek

Ərzaqlar:

1 stəkan kefir

3 ədəd yumurta

0,5 stəkandan az miqdarda şəkər tozu

1 paket qaparta tozu və vanilin

Unu xəmir qatı hala gələnə qədər tökün

Stəkanın yarısından azca aşağı duru yağ

Hazırlanması:

Yumurta və şəkər toxunu mikserlə qarışdırın. Üzərinə kefir, duru yağ və vanilini əlavə edib qarışdırın. Sonda qabartma tozu və unu töküb qarışdırıb, azca qatı xəmir əldə edin. Tavanı sobada isidib, yağa batırılmış pambıqla silin və pankeykləri istədiyiniz ölçüdə bişirin.