İsti çayı çiy su ilə soyutmaq uşaqlıqdan vərdiş etdiyimiz adətdir. Foodinfo.az xəbər verir ki, belə bir içki insan üçün həzmsizliyə səbəb ola bilər. İsti çaya bir az soyudulmuş qaynadılmış su əlavə etsəniz problem olmayacaq. Digər hallarda çay soyuyana qədər gözləmək daha yaxşıdır. Çox isti çay içməkdən çəkinməyin daha yaxşı olduğu çoxdan sübut edilib.

Ancaq çiy su çayın dadı və ətrini korlamaqdan əlavə tərkibində olan bakteriya və zərərli maddələr ilə bədənə əziyyət edəcək.