Yaş qoz bir çox vitamin və minerallarla zəngin olsa da, hər kəs üçün faydalı deyil.
Foodinfo.az xəbər verir ki, bəzi insanlar üçün yaş qozun istehlakı həzm pozğunluqları və allergik reaksiyalar yarada bilər.
1. Mədə və bağırsaq problemi olan şəxslər yaş qozdan uzaq durmalıdırlar. Təzə qozda olan yüksək miqdarda yağ və tanin maddələri mədə turşusunu artırır, bu da qastrit və ya mədə xorası olan insanlarda ağrı və yanma hissinə səbəb ola bilər.
2. Qaraciyər və öd kisəsi xəstəlikləri olan şəxslər üçün də yaş qoz tövsiyə edilmir. Qozun tərkibindəki yağ qaraciyərin yükünü artırır və öd ifrazını çətinləşdirir.
3. Allergiyaya meyilli insanlar yaş qoz yeyərkən ehtiyatlı olmalıdır. Bəzi şəxslərdə qoz dəri səpgiləri, qaşınma, boğazda qıcıqlanma və tənəffüs çətinliyi kimi allergik əlamətlərə səbəb ola bilər.
4. Uşaqlara və südəmər körpələrə yaş qoz vermək məsləhət görülmür, çünki onların həzm sistemi hələ tam formalaşmadığı üçün bu qida qaz, sancı və qarın ağrısı yarada bilər.
Sağlam şəxslər belə yaş qozu ölçülü miqdarda istehlak etməlidirlər. Gündə 2–3 dənədən artıq yemək piylənmə, qarın ağrısı və mədə pozğunluqları riskini artırır.






