Kolbasa “tamamilə olmayan” ət məhsuludur, onun tərkibində sağlamlıq üçün təhlükəli olan nitritlər və kanserogenlər var.

Kolbasa istehsalının sirlərini və ölümcül təhlükəsini cərrah Aleksandr Umnov açıb.

Həkim bildirib ki, kolbasa üçün ət xüsusi heyvanlardan alınır, onların hərəkəti məhdud və normadan artıq keyfiyyətsiz qidalar doldurulur, onlara tez-tez antibiotiklər əlavə olunur. Mütəxəssisin fikrincə, antibiotiklər heyvanların orqanizmində xəstəlik yarada bilən “meqa-super-giqa davamlı” mikroorqanizmlərin yaranmasına səbəb ola bilər.

Həkim bildirib ki, rəng əldə etmək üçün delikateslərə boyalar, saxlama müddətini artırmaq üçün isə ətin çürüməsini ləngidən natrium nitrit əlavə edilir. Həkimin sözlərinə görə, altı qramdan artıq maddə istehlak edilərsə, belə bir əlavə ölümlə nəticələnəcək. Umnov qeyd edib ki, kolbasaların tərkibində çoxlu duz var ki, bu da orqanizmdə suyu saxlayır və bu da arterial hipertoniya riskini artırır.

Leyla