Makaron, bir qayda olaraq, sağlam qida hesab edilmir. Bununla belə, diyetoloq Maykl Moslinin qeyd etdiyi kimi, makaron yeməkdə müəyyən üsul xərçəng riskini azalda bilər.
O deyir ki, makaron bişirmək, soyutmaq və yenidən qızdırmaq karbohidratları davamlı nişastaya çevirir. O, lif kimi fəaliyyət göstərir və müəyyən xərçəng növlərinin - kolon və mədəaltı vəzinin inkişaf ehtimalını demək olar ki, 50% azalda bilər.
Davamlı nişasta kifayət qədər böyük miqdarda mərciməkdə, lobyada və bütün taxıllarda mövcuddur. Bu makaron və kartofda da olur.
Bunun üçün makaronu bişirmək, sonra soyuducuda bir gecə soyutduqdan sonra yenidən qızdırmaq lazımdır.