İnternetdə "mənfi" kalorili qidalar haqqında bir çox məqalə tapa bilərsiniz - guya bədən onları emal etmək üçün istehlakdan aldığından daha çox enerji sərf edir. Doğrudanmı belədir?
Foodinfo.az xəbər verir ki, bəzi qidalar emal etmək üçün digərlərindən daha çox enerji tələb edir, lakin qidalanma alimləri mənfi kalorilərin mifini təkzib ediblər.
Mütəxəssislərin fikrincə, "mənfi" kalorili qidalar yoxdur, lakin çox aşağı kalorili qidalar var. Bunlara xiyar, kərəviz, kələm, soğan, ispanaq, pomidor və digər yaşıl və yarpaqlı tərəvəzlər daxildir. Onlar az miqdarda kalori ehtiva edir və gündəlik kalori qəbulunu əhəmiyyətli dərəcədə artırmadan aclığı təmin etməyə kömək edə bilər.
Leyla