Kolorado Tibb Mərkəzindən (ABŞ) diyetoloq Teylor Qrasso bildirib ki, adi suya meyvə və giləmeyvə əlavə etmək suyun dadını yaxşılaşdıra və insanı müntəzəm olaraq gündəlik maye qəbulunu artırmağa təşviq edə bilər. Bu o deməkdir ki, meyvəli su bədənə dolayı yolla fayda gətirir.
Suya əlavə olunanlar arasında ən məşhur olanlar - çiyələk, qaragilə, xiyar, portağal, limon və laymdır. Bu məhsullar xoş dada malikdir və müxtəlif vitaminləri özündə ehtiva edir. Ancaq ən böyük sağlamlıq faydaları suya əlavə edilən meyvə və giləmeyvələrdən deyil, daha çox içilən mayedən qaynaqlanır.
Diyetoloq çox miqdarda şəkər ehtiva edən toz meyvə əsaslı qida əlavələrindən istifadə etməməyi məsləhət görüb.//Oxu.az