Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında dəyəri 323,76 mln. manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,6% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən Foodinfo.az-a verilən məlumata görə, bu dövr ərzində diri çəkidə ət istehsalı 14 779 ton, süd istehsalı 69 098 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,8%, süd istehsalı isə 1,4% artıb.
Muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.