Şiitake göbələyi dünyanın ən çox istehlak edilən və sağlamlığa faydalı göbələklərindən biridir. Əsasən Asiya mətbəxində istifadə edilir və həm ləzzəti, həm də sağlamlıq faydaları ilə seçilir.
Foodinfo.az xəbər verir ki, bu göbələk B vitaminləri, D vitamini, mis, selen, sink və liflə zəngindir.
İmmuniteti gücləndirən və iltihab əleyhinə təsir göstərən polisaxaridlər və beta-qlükanlar ehtiva edir.
Tərkibindəki eritadenin maddəsi pis xolesterolu azaltmağa və ürək-damar sağlamlığını qorumağa kömək edir.
Şiitake bağırsaq mikroflorasını tənzimləyir və həzmi yaxşılaşdırır.
Bundan əlavə, xərçəng əleyhinə xüsusiyyətlərə malik olduğu düşünülür.
Antioksidantlarla zəngin olduğu üçün hüceyrələri qoruyur və yaşlanma prosesini ləngidir.
Onu qurudulmuş və ya təzə şəkildə yeməklərdə, şorbalarda və souslarda istifadə etmək mümkündür.