Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Foodinfo.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sultanov Məcid Qasım oğluna babası Gəncə şəhər sakini Sultanov İdris Hüseyin oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd qol saatı formasında mobil telefon aparatı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.