“Səba" şirkətinin taxılçılıq müəssisəsi "Qarabağ Taxıl” yeni əkin mövsümü üçün toxum satışına başladığını elan edib. Müəssisə bu il fermerlərə aqronom məsləhəti almaq üçün “qaynar xətt” də yaradıb.
Foodinfo.az xəbər verir ki, "Qarabağ Taxıl” dünyanın məşhur toxum istehsalçısı “DuPont” şirkətinin “Pioneer” brendinin qarğıdalı toxumlarının Azərbaycanda eksklüziv distribüteridir. Müəssisə bu brendin GMO-dan azad, Avropa istehsallı toxumlarını öz əkinlərində istifadə etməklə yanaşı, fermerlərə də təklif edir.
"Qarabağ Taxıl” bu il fermerlərə təklif etdiyi toxum çeşidində yeniliklərin olduğunu bəyan edib. İlk dəfə olaraq, ölkəmizdə Türkiyənin məşhur MAY toxumçuluq şirkətinin soya toxumları təqdim olunmağa başlayıb. Bu məşhur brendin toxumlarını öz sahələrində sınaqdan çıxarıb, əkin sahələrində istifadə edən "Qarabağ Taxıl” "MAY-Agro Tohumculuk Sanayi Ve Ticaret" şirkəti ilə bağladığı müqaviləyə əsasən, şirkətin soya toxumlarını fermerlərə də təqdim edir. “MAY Toxum”un xəstəlik və zərərvericilərə dözümlü, GMO-dan azad soya toxumları yüksək məhsuldarlıq qabiliyyətinə malikdir.
“Səba”nın toxumçuluq müəssisəsi olan "Qarabağ Toxum"un Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə və fermerlərin yerli taxıl sortlarına tələbatını nəzərə alaraq istehsal etdiyi buğda toxumlarını da müəssisədən əldə etmək olar.
“Səba”dan toxum alan fermerlər eyni zamanda bitkilərə aqrokimyəvi qulluq barədə məsləhətlər əldə etmiş olacaqlar. Məqsəd müəssisənin təklif etdiyi toxumların yüksək məhsuldarlıq qabiliyyətini hər bir fermerin sahəsində nümayiş etdirmək və fermerlərin məlumatlılığını artırmaqdır.
“Səba”dan toxum almaq istəyənlər satış üçün +994502718200, aqronom məsləhəti üçün +994502718286 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.
Son xəbərlər
- C vitamini çoxluğu hansı problemlərə yol aça bilər?
- Buğda bitkisi necə yetişdirilir?
- Bu turşu xərçəng riskini azaldır
- “Nargis” jurnalı COP29 üçün hazırladığı xüsusi buraxılışında “Veysəloğlu”nun ekoloji layihələrindən bəhs edib
- Həkim qidalanmanın əsas qaydalarını sadaladı
- Mütəxəssis karbohidratlardan qorxmamağı məsləhət görüb