Sizə növbəti sınanmış, faydalı, ziyansız və kifayət qədər ucuz təbii dərman preparatı haqqında məlumat vermək istərdik. Bu hələ sovet vaxtından tanınan “xolosas” preparatıdır. Saglamolun.az bildirir ki, bu preparat itburnu siropu və şəkərdən ibarətdir. Xolosas əla ödqovucu vasitədir və yaxşı hepatoprotektordur – qaraciyərin hüceyrələrini qoruyur və onları bərpa edir. Xolosasın digər faydalı xüsusiyyətləri bunlardır: - bağırsaqların fəaliyyətini və həzmi yaxşılaşdırır - iştahı artırır - sidikqovucu təsirə malikdir - orqanizmə ümumi möhkəmləndirici təsir edir - immun sistemini gücləndirir - vitamin çatışmazlığı zamanı faydalıdır - orqanizmdə iltihabları azaldır. Xolosas hepatit, həzm sistemi xəstəlikləri, xolesistit, xolangit, dərman və alkoqol intoksikasiyaları zamanı istifadə olunur. Əksər hallarda xolosas həkimlər tərəfindən digər preparatlarla birlikdə kompleks müalicəsində təyin olunur. Preparatın heç bir yanaşı təsiri yoxdur, onu böyüklər də, uşaqlar da içə bilərlər. Lakin tərkibində şəkər olduğundan diabet xəstələri xolosası qəbul edəndə ehtiyatlı olmalıdır.