Tarlalarda ucuz olsa da Bakıdakı bazarlarda 50-60 qəpikdən ucuz qarpız tapmaq olmur. Satıcılar qiymətin yerlərdə də baha olduğunu deyir. Fermerlər isə əksinə, alıcılığın zəif olması səbəbindən son günlər qiymətlərin aşağı düşdüyünü bildirirlər. Ehtimal olunur ki, qarşıdakı həftələrdə qarpızın qiyməti nisbətən də ucuzlaşacaq.
Ötən ilin Bakıdakı bazarlardahətta kiloqramıq 10 qəpiyə də qarpız təklif edilsədə bu il bu mənzərə təkrar olunmadı. Fermərlərin sözlərinə görə bunun əsas səbəbi məhsuldarlığın zəif olması və qarpız tarlalarının azlığıdır. Onların sözlərinə ögrə buna baxmayaraq qarpız ötən həftələrə nisbətən indi ucuz satılır.
Qarpızın ən çox yetişdirildiyi rayonlardan olan Saatlı və Sabirabadda qarpızın tarlada satış qiyməti 10-15 qəpik ucuzlaşıb.
Sabiraba və Saatlıya nisbətdə Bərdədəki tarlalarda qiymət biraz da aşağıdır. Amma fermerlər ötən ilə nisbətən məhsulun ucuzlaşmamasının səbəbini qarpız tarlalarının az olması və məhsuldarlığın zəif olması ilə əlaqləndirir.
Tarlalarda qarpız 25-35 qəpik olsada Bakı bazarlarında hələdə bu məhsulun orta qiyməti 50-60 qəpikdir.
Həm satıcılar, həm də fermerlərin sözlərinə görə yaxın həftələrdə tarlalarda açıq havada yetişən qarpız yığıldıqca qiymətin 20 qəpiyə kimi aşağı düşəcəyi ehtimal edilir.
(Xezerxeber)