Siz də mətbəxdə istifadə etdiyiniz qabların və qazanların vaxt keçdikcə matlaşdığını hiss etmişiniz? Yemək qalıqları, illərlə qazan və tavaların üzərində bir təbəqə əmələ gətirirlər. Təmiz yuyulsa belə tavaların üstündə yaranan bu təbəqə qabların parlaqlığının itirməsinə və matlaşmasına səbəb olur. Bir çoxları "əslində qab çirkli deyil, sadəcə olaraq rəngi solub" düşünərək ondan istifadə etməyə davam edir. Foodinfo.az medicina.az-a istinadən bildirir ki, mat kimi görünən təbəqə əslində ərp və yemək qalıqlarından ibarətdir! Əksər hallarda matlığın əsas səbəbi kirdir. Qabların və qazanların üzərində mat təbəqə varsa ona təmiz demək olmaz.Bu cür qablardan istifadə etmək sağlamlığa ciddi ziyan vura bilər. Çünki yemək qalıqları və ərp bakteriyaların inkişafı üçün yaxşı mühitdir. Bu cür qablarda yeməklərin saxlanması və təkrar qızdırılması qida zəhərlənməsinə yol aça bilər. Qazan və boşqabların üzərində yaranan mat təbəqəni sadəcə yumaqla da aradan qaldırmaq mümkün deyil. Bunun üçün belə qablar xüsusi ərp təmizləyən xüsusi yuyucu vasitələrin köməyi ilə yuylmalıdır.