Ehtiyatların azalması ilə bağlı narahatlıqlar fonunda Nyu Yorkda fyuçers qəhvə qiymətləri 2011-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. Foodinfo.az marja.az-a istinadən xəbər bildirir ki, dünyanın ən böyük "Arabica" qəhvə dənələri istehsalçısı olan Braziliyada əlverişsiz hava şəraiti, tədarük zəncirindəki problemlər, yükdaşıma və logistika xərclərinin artması səbəbindən "Arabica" qəhvəsinin qiyməti keçən il iki dəfə artıb. "Commerzbank"ın analitiki Carsten Fritsch, "Pis hava şəraiti və qəhvə ehtiyatlarının davamlı azalması narahatlığa səbəb olur. Braziliyadan yeni məhsullar gələndə "Arabica" qəhvə təchizatında vəziyyət yaxşılaşa bilər",- deyib. Qiymətlər bu gün 1,8 faiz də artaraq bir funtu (453,6 qram) 2,53 dollara yüksəlib.