Qida ətrafında mövcud olan bəzi miflər var. Foodinfo.az bildirir ki, onların əksəriyyəti arıqlamaq mövzusu ilə əlaqəlidir.
Həkimlər deyir ki, axşam saatlarında meyvə yeyilməməlidir. Çox adam bunu düzgün hesab etsə də, əksinə, doğru vərdiş deyil. Belə məhsullar istənilən vaxt istehlak edilə bilər, lakin qəlyanaltı kimi deyil, əsas yeməklə birlikdə desert kimi yeyilməyi tövsiyə edilir. Belə edilən zaman insulinin kəskin sıçrayışına şərait yaranmayacaq.
Həmçinin qeyd olunur ki, su mədə şirəsini aradan aparmır. Mədənin anatomiyasını və patofizioloji mexanizmləri nəzərə alaraq, su mədə tərkibinə qarışmır. Ancaq 12 barmaq bağırsağa axır. Bunda görə də susuzluq hiss etdiyiniz zaman su içməyiniz məsləhətdir.
Bundan əlavə karbohidratların düşmən olduğu ifadəsi də doğru deyil. Tam taxıllarda, tərəvəzlərdə və meyvələrdə olan kompleks karbohidratlar mühüm enerji və qida mənbəyidir.