Qoyun qarnından adətən “Qarın qutabı” bişirilir. Foodinfo.az bu dəfə oxuculara qoyun qarnının təmizlənmə qaydasını təqdim edir. Qoyun qarnından adətən “Qarın qutabı” bişirilir. “Qarın qutabı” belə hazırlanır: Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrulur, sonra 1 mm qalınlığında yayılır. Boşqab ölçüsündə dairələr kəsilir. Dana və ya quzu qarını isti suda dəfələrlə yuyulduqdan sonra, soyuq su ilə təkrar yuyulur. Qarın ət maşınından soğanla birlikdə çəkildikdən sonra içinə lavaşana və ya nar əlavə edilib qarışdırılır. Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə çəkilmiş qarin qoyulub o, biri tərəfi üstünə qatlanır, aypara şəkilinə salınır, kənarları bükülür və qızdırılmış tavada yağda qızardılır. Beləliklə, Foodinfo.az TarPas Youtube kanalının qoyun qarnının hazırlanmasına dair videosunu təqdim edir: https://youtu.be/2jNa7E6S2Iw?t=1 Foodinfo.az