Saxta zeytun yağları həm sağlamlığımıza, həm də cibimizə ziyandır. Bəs aldığınız zeytun yağının həqiqi olub olmadığını necə müəyyən edə bilərsiniz?

Foodinfo.az xəbər verir ki, Türkiyəli qida mühəndisi Bülent Nazlı lən zeytun yağının orijinallığını yoxlamaq üçün sadə üsulları paylaşıb.

O, bildirib ki, zeytun yağının həqiqi olub-olmadığını müəyyən etməyin yollarından biri dad testidir. Bir çay qaşığı zeytun yağı götürün və dadına baxın. Əsl zeytun yağı udulduqda boğazda acılıq əmələ gətirir və bu acı mədəyə çatmır. Zeytun yağı boğazınızı yandırırsa deməli həqiqidir.

Əsl zeytun yağını qoxusundan tanımaq olar. Ondan zeytun iyini hiss etməlisiniz. Əgər boya kimi bir qoxu varsa, zeytun yağı saxtadır və oksidləşir.

Başqa bir üsul su testidir. Bir stəkan isti su götürün və üzərinə bir az zeytun yağı tökün. Əsl zeytun yağı qabarcıqlar yaradaraq suda üzür və orada qalır. Saxta zeytun yağı isə suyun üzərində qabarcıqlar yaratmır və bir müddət sonra su ilə qarışır.

Leyla