Psixiatr-narkoloq Vasili Şurov bəzi insanların səhərlər qəhvəyə can atmasının səbəbini açıqlayıb.
Foodinfo.az xəbər verir ki, kofeinin necə işlədiyini açıqlayıb. Bildirib ki, onun molekulları beyində adenozin reseptorlarını bloklayır, bu da insanın yorğunluq hissini aradan qaldırır. İnsanların səhər qəhvəyə ehtiyacı varsa, onların kifayət qədər dincəlmədiyini və kifayət qədər yuxu almadığını güman etmək olar. 

Onun sözlərinə görə, ikinci səbəb kofenin səhər oyanma ritualının bir hissəsi olmasıdır.

Mütəxəssisin əlavə etdiyi kimi, kofeinin təsiri keçəndə aktivlik daha da azalır və insan ya daha çox dincəlməli, ya da yenidən kofe içməli olur.