Kişmiş qurudulmuş üzüm növü olaraq sağlamlıq üçün çoxlu faydalara malikdir. Tərkibindəki təbii şəkər enerji artırıcıdır və xüsusilə idmançılar üçün əla seçimdir. 

Foodinfo.az xəbər verir ki, kişmiş liflə zəngindir, bu da həzm sistemini yaxşılaşdırır və bağırsaq hərəkətlərini tənzimləyir. 

Kişmişdə antioksidantlar, xüsusilə polifenollar var ki, bunlar hüceyrələri sərbəst radikallardan qoruyur və iltihabı azaldır. 

Tərkibindəki dəmir qan hüceyrələrinin əmələ gəlməsini dəstəkləyir, bu da qan azlığının qarşısını almağa kömək edir. 

Kalsium və bor isə sümüklərin möhkəmliyini artırır. Kişmiş həm də ürək-damar sağlamlığı üçün faydalıdır, xolesterolu azalda və qan təzyiqini tənzimləyə bilər.